• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

(R) Yeni ünvanda daha yüksək xidmət

(R) Yeni ünvanda daha yüksək xidmət

İndi Bakıxanov qəsəbəsinin və ətraf yaşayış məntəqələrinin sakinləri Unibank-ın xidmətlərindən daha rahat istifadə edirlər. Çünki bankın 20 saylı filialı (“Bakıxanov 2” ) daha geniş ofisdə fəaliyyətini davam etdirir. Müştərilərə xidmətin keyfiyyətini yüksəltmək və bank məhsulları və xidmətləri ilə daha yüksək səviyyədə təmin etmək üçün, “Bakıxanov 2” filialının köçdüyü ünvan elə köhnə ofisin düz yanındadır. Yeni ofis vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir. Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən hər kəs həftənin 6 günü səhər saat 09.00-dan 17.00-dək Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclər küç, 27C ünvanında, “Bakıxanov” alış-veriş mərkəzinin yaxınlığında yerləşən filiala müraciət edə bilər.

Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank, istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü, nahar fasiləsi olmadan müştərilərinə müxtəlif bank xidmətləri göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR