Kəmaləddin Heydərov Qusarda qəbul keçirdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Qusarda qəbul keçirdi

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində vətəndaşları qəbul edib.

Publika.az Nazirliyin saytına istinadən xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Qusar şəhərində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbul edib.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 151, digər məsələlərlə bağlı müraciət etmiş 108 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm