Dağlıq Qarabağ ərazisi 2016-cı ilə qədər minalardan təmizlənəcək
Bizi izləyin

Qırmızı.az

Dağlıq Qarabağ ərazisi 2016-cı ilə qədər minalardan təmizlənəcək

“Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi proqramı 2016-cı ildə tamamlanacaq”.


Publika.az “RİA-NOVİSTİ”yə istinadən xəbər verir ki, bu barədə USAİD-in İrəvan ofisinin rəhbəri Karen Hillard deyib.


Onun sözlərinə görə, müharibədən sonra mina partlayışlarından ölənlərin sayı hazırda 5 dəfəyə qədər azalıb: “Atəşkəs bağlanandan sonra ilk vaxtlar ildə 35-40 insan minaların qurbanı olurdu. 1995-ci ilə qədər 345 insan mina partlayışlarından həlak oldu. Ölənlərin üçdə bir hissəsini uşaqlar təşkil edir. Hazırda qurbanların sayı 5 dəfəyə qədər azalıb. Dağlıq Qarabağ ərazisinin 5 faizə qədəri minalanmış olaraq qalır. Bunlar əsasən meşələr və dağ massivləridir. Burda minaların təmizlənməsi üçün böyük səy lazımdır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm