Şabranda FHN-nin yeni inzibati binasının açılışı olub
Bizi izləyin

Qırmızı.az

Şabranda FHN-nin yeni inzibati binasının açılışı olub

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının ötən gün açılışı olub.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsib.

Yeni binada dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostend təşkil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm