Bakıda ucu görünməyən tıxac - hansı yollardan keçməyək?
Bizi izləyin

Qırmızı.az

Bakıda ucu görünməyən tıxac - hansı yollardan keçməyək?

Bu gün Bakıda avtomobil yollarında böyük tıxaclar müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, hazırda Mikayıl Müşfiq küçəsi – Fövqəladə Hallar Nazirliyinin qarşısında tıxac müşahidə olunur. Şəhərə giriş bu istiqamətdə olduğundan gün ərzində bu istiqamətdə sıxlığın olacağı gözlənilir.

Əziz Əliyev və Əhməd Rəcəbli küçələrində hər iki istiqamətdə sıxlıq müşahidə olunur.

Bakı-Sumqayıt şosesindən şəhər istiqamətində, Moskva prospektindən 20 Yanvar dairəsi və şəhər istiqamətində avtomobil yollarında tıxac var. Bundan başqa Ziya Bünyadov prospekti, Ş.İ. Xətai prospekti və Təhsil Nazirliyinin qarşısında hər iki istiqamətə sıxlıq müşahidə olunur.

Akademik Həsən Əliyev küçəsi və TQDK-nın qarşısında Azadlıq prospekti istiqamətində avtomobil yollarında hazırda tıxac müşahidə olunur.

Bundan əlavə, Bayraq meydanından Qurban Abbasov küçəsi istiqamətində Bayıla gedən yol hazırda bağlıdır. Bu yol Bakıda keçirilən beynəlxalq yarışla əlaqədar hələ iki gün bağlı olacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm