Diplomatların “Khazar İslands” marağı artmaqda davam edir
Bizi izləyin

Qırmızı.az

Diplomatların “Khazar İslands” marağı artmaqda davam edir

“Avesta Concern”in həyata keçirdiyi əfsanəvi “Khazar İslands” layihəsinin reallaşması istiqamətində atılan addımlar artdıqca bu nəhəng layihəyə olan maraq da artır. Səudiyə Ərəbistanı, Yaponiya və İsrailin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərlərinin ardınca Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhman da “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands”la yerinə tanış olmaq üçün layihənin həyata eçirdiyi əraziyə səfər edib.

Səfir Dato Roslan Tan Sri Əbdul Rəhmanın sentyabrın 12-dən rəsmən fəlaiyyətə başladığını nəzərə alsaq, onun “Khazar İslands”a marağını “Avesya Concern”in bu nəhəng layihəsinin bütün diqqətləri öz üzərinə çəkdiyini göstərir. “Khazar İslands” layihəsinin həyata keçirildiyi əraziyə səfər edən Malaziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhman “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşüb. Hörmətli qonağı Azərbaycanda səfir kimi fəaliyyətə başlaması münasibətilə təbrik edən Hacı İbrahim Nehrəmli prezidenti olduğu “Avesta Concern” və onun “Khazar İslands” layihəsi haqqında ətraflı məlumat verib. “Khazar İslands” layihəsinin həyata keçirilməsi istiqmətində görülən işlərlə tanış olduqdan sonra Malaziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Əbdul Rəhman “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ölkəsindən oaln iş adamlarının bu layihədə iştirakı ilə bağlı danışıqlar aparıb. Malaziyadan olan iş adamları ilə əməkdaşlığa hazır olduqlarını bildirən Hacı İbrahim Nehrəmli eyni zamanda Malaziyadan olan mütəxəsislərlə də əməkdaşlıq etmək istədiklərini hörmətli qonağın diqqətinə çatdırıb. “Khazar İslands” layihəsi haqqında geniş məlumat alan səfir ölkəsindən olan iş adamlarının, ilk növbədə isə sərnayəçilərin bu işə cəlb olunması üçün fəaliyyət göstərəcəyini bildirib.

Səfir Dato Roslan Tan Sri Əbdul Rəhman göstərilən qonaqpərvərliyə görə “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmliyə təşəkkür edib və “Khazar İslands”dan xoş ovqatla ayrılıb.

Qeyd edək ki, Malayziyanın Azərbaycandakı səfirliyi sentyabr ayının 12-də fəaliyyətə başlayıb. Üç il ölkəsini Azərbaycanda təmsil edəcək səfir Dato Roslan Tan Sri Əbdul Rəhmanın “Avesta Concern”in həyata keçirdiyi Khazar İslands” layihəsinə marağı bu layihənin sədasının bütün dünyada yayıldığının bariz nümunəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm