Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın birinci xanımı İSESCO-nun baş direktoru ilə görüşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşüb.

Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun 30 illiyi münasibətilə təsis olunan xatirə medalını İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim edib.

Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Əbdüləziz bin Osman əl-Tüveycri yenidən Bakıya səfərindən məmnunluğunu qeyd edərək Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm