Qırmızı.az
Quba-Xınalıq yolu uçdu
Quba rayonunda, Quba-Xınalıq yolunun 36-38 km-də uçqun baş verib. Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, uçqun geniş ərazini əhatə etmir, sadəcə, yol kənarında çəkilmiş yamacda müşahidə edilib.
“Mütəmadi atmosfer yağıntılarından sonra bu cür uçqunlar olur. Qeyd olunan ərazi bu proseslər üçün əlverişli olduğuna görə, yağıntının təsirindən aşınma baş verən yamacda tez-tez belə hallar baş verir. Uçqun geniş ərazini əhatə etmir. Hadisə yolda hərəkətə heç bir mane yaratmayıb. Uçqun iri miqyaslı olanda yolun bağlanmasına səbəb ola bilir”.
S.Əmiraslanov ərazinin sürüşmə sahəsində elə də ciddi dəyişiklik olmadığını bildirsə də, son günlər əsasən cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşmə olduğunu bildirdi. Yamaclara düşən müəyyən ağırlıq qüvvəsi nəticəsində sürüşmə sahələrində aktivlik baş verib.
Gülxar
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO