Adamları beysbol dəyənəyi ilə döyən avtoriteti güllələdilər -FOTO
Bizi izləyin

Qırmızı.az

Adamları beysbol dəyənəyi ilə döyən avtoriteti güllələdilər -FOTO

Rusiyanın Çelyabinsk şəhərinin polisləri kriminal avtoriteti qətlə yetirən cinayətkarı axtarırlar.

Publika.az “31tv.ru” saytına istinadən xəbər verir ki, 31 yaşlı Mamuka Nebiredze Voroşilov küçəsindəki maşınına əyləşərkən öldürülüb.

Polis 3 uşaq atası olan Nebiredzinin meyitini binanın qarşısında tapıb.

İlkin müayinə zamanı məlum olub ki, kriminal avtoritetin başına 2 güllə açılıb. Hadisə yerindən iki boş giliz tapılıb. Qətlin sifarişlə baş verməsi istisna olunmur.

Gürcü Mamuka Nebiridze kriminal aləmin üzdə olan simalarından idi.

Əməliyyatçıların verdiyi informasiyaya görə, Mamuka “qanuni oğru” Raulun yaxın dostu idi. Raulun klanı isə bütün Çelyabinsk vilayətinə nəzarət edir.

Raulun dəstəsində Mamuka “boz kardinal” sayılırdı. Nebiredze reket, avtomobil oğurluğu, soyğunçuluqla məşğul olurdu. 2006-cı ildə dağıstanlı avtoritet Abdulla Daudovla (ləqəbi Limpus) birgə kazinolardan birinə daxil olmuş, haqq vermək istəməyən sahibkarı beysbol dəyənəyi ilə döymüşdülər. Daha sonra kazinoda olan bütün aparatları sındırmışdılar.

Bu cinayətə görə Mamuka həbs edilmişdi. Azadlığa da elə bu yaxınlarda çıxmışdı. Görünür, onun yenidən Çelyabinskə qayıtması kimlərisə qane etməyib.

Oğru klanlar arasında gedən müharibənin yeni qurbanı olub.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm