Qırmızı.az
Şəhid əsgərimiz dəfn edildi
Fevralın 6-da döyüş tapşırığını yerinə yetirərkən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Eşqin Firəddin oğlu hərbçilərin, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu gün anadan olduğu Füzuli rayonunda dəfn edilib.
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edənlər Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhidin əmisi və qardaşı bildiriblər ki, Şəhidlik ən yüksək zirvədir və igid oğlumuz bu zirvəyə yüksəlmişdir. Biz hamımız bununla qürür duyuruq. Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ona minnətdarlıq ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı Şəhidin ailəsinə təqdim edilib.
Şəhidin məzarı üzərinə Müdafiə Nazirliyi adından əklil və gül dəstələri qoyulub.
Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün Şəhidin ailəsinə təqdim edilib.
Şəhidin əzizləri ağır itki olmasına baxmayaraq, övladlarının şərəfli ölümü, şəhidliyi ilə ailələrinə başucalığı gətirdiyini qeyd edərək, vida mərasimini yüksək səviyyədə təşkil etdiklərinə görə ölkə başçısına, Müdafiə Nazirliyinin və rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov