• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millət vəkili girovumuzun ailəsinə baş çəkdi: “Şahbazın ailəsi kirayədə yaşayır” - Foto

Millət vəkili girovumuzun ailəsinə baş çəkdi: “Şahbazın ailəsi kirayədə yaşayır” - Foto

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin ailəsinə baş çəkib.


Publika.az xəbər verir ki, millət vəkili təəssüratlarını "Fasebook"da bölüşüb.


“Ailəsinə baş çəkməyə yaxın qohumu Ramizlə birlikdə getdik. Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmətkeş ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb. Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızının bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb.

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ailə ilə daim maraqlandığını söylədilər. Həyat yoldaşına və qohumuna Şahbaz Quliyevin və Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söylədim. Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq, Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətirdilər. Ailə üzvləri Şahbaz və Dilqəmin səhhətindən ciddi narahat olduqlarını da bildirdilər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın “məhkəmə” görüntüləri onlara normal baxmadıqlarından xəbər verir. Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inandığımı və gələn dəfə artıq onunla görüşə gələcəyimi bildirdim. Şahbaz Quliyevin ailəsindən bir neçə şəkil götürdüm, onları bir qədər sonra səhifəmdə yerləşdirəcəyəm”, - deyə millət vəkili bildirib.

A. Mirzəzadə Şahbaz Quliyevin qızı ilə çəkdirdiyi fotonu da sosial şəbəkələrdə paylaşıb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR