Əli Abbasov: "Ermənistan Azərbaycanın sürətinə çata bilməz"
Bizi izləyin

Qırmızı.az

Əli Abbasov: "Ermənistan Azərbaycanın sürətinə çata bilməz"

Azərbaycanda internetin sürətinin Ermənistandan geri olması düzgün fikir deyil. Çünki ölkəmizdə internetin xaricə çıxış sürəti 200 mb-dir ki, Ermənistan bu sürətin ancaq onda birinə yaxınlaşa bilib.

Bundan başqa, Delta Telekomun resursları Gürcüstan, İran, orta Asiya istifadə edilir. Bizdə olan məlumata görə, Gürcüstana verilən internetdən Ermənistan da istifadə edir.

Publik.az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda internetin texnoloji imkanları, regionda liderlik pozisiyası ilə yanaşı, internet azadlığı sərbəstliyi ilə də daha yüksək yerdədir.

“Bu çox yüksək göstəricidir, çünki bir çox ölkələrdə internetə çıxış müəyyən səbəblərdən məhdudlaşdırılır. Amma Azərbaycanda bu cür məhdudluq yoxdur. Ona görə də internetə qoşulanların sayı sürətlə artır. Nəticədə, müəyyən sürət problemləri yaranır. Sürətin az olması həm də qiymətlə əlaqədardır. Qiymət yüksək olanda internetə çıxış daha rahat olur. Azərbaycanda internetin sürət problemi həm də, istifadəçilərinin həddindən çox olması, internetin ünvanlar fəzası məhdudluğu ilə əlaqədardır. Bu bütün dünyada müşahidə edilir. Çalışacağıq ki, xaricdən alınan ünvanlar hesabına bu imkanları genişləndirək”.

Nazir internetin sürətinin artırılması istiqamətində görülən işlərə də toxundu: “Əhalinin əsas hissəsinin ucuz, yüksək səviyyəli internetlə təmin etmək üçün ümidimiz Dövlət Neft Fondu ilə birgə həyata keçirəcəyimiz Genişzolaqlı Optik İnfrasturuktur İnternet layihəsidir. Bu layihənin ilin ikinci yarısından effektini verəcəyini düşünürük”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm