• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

(R) Unibank-dan 0% komissiyalı biznes kreditləri

(R) Unibank-dan 0% komissiyalı biznes kreditləri

Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynadığından, bu sahə hər zaman dövlətin diqqətindədir. Unibank da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini daim artırmaq üçün məhsul və xidmətlərində kənd təsərüfatı sahəsinə xüsusi diqqət yetirir. Elə bu məqsədlə, bank kənd təsərrüfatı işçilərinin 1 noyabr peşə bayramı günü ilə bağlı bu sahədə çalışanlar üçün kreditləri çox sərfəli etdi. Unibank Kənd təsərrüfatı işçilərinin peşə bayramları günü münasibəti ilə xüsusi kampaniya keçirir. Noyabrın 1-dən 8-dək bank filiallarına müraciət edən kənd təsərrüfatı sahəsində biznesi olan vətəndaşlar üçün mikrokreditlər komissiyasız olacaq. Kənd təsərrüfatı sahəsində bizneslərini daha da böyütmək istəyənlər, bu sərfəli kampaniyadan faydalana bilərlər.

Başladığınız biznesi böyütmək üçün Unibank Sizə sərfəli kredit təklif edir. Əgər istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə olan biznesinizi böyütmək, genişləndirmək istəyirsinizsə, bankın sərfəli krediti sizin üçündür. Hər bir sahibkar Unibank-dan maksimum 30.000 manatadək krediti 2 aydan 3 ilədək müddətə götürə bilər. Əgər hansısa sahibkarın ölkəmizin istənilən bölgəsində biznesi varsa, heç bir tərəddüd etmədən evinə, iş yerinə ən yaxın Unibank filialına yaxınlaşıaraq, biznes krediti üçün müraciət edə bilər. Dəyərləndirmə aparıldıqdan sonra həmin iş adamına sərfəli şərtlərlə kredit ayrılacaq.

Bu gün ölkədə minlərlə sahibkar Unibankın mikrokreditləri ilə öz biznesini daha da böyüdərək inkişaf etdirib.

Unibank paytaxt və bölgələrdə 38 filialı ilə həftənin 6 günü sizin xidmətinizdədir. Filiallar səhər saat 09.00-dan 17.00-dək nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR