“Azərspace2” nə vaxt orbitə çıxarılacaq? - Əli Abbasov açıqladı
Bizi izləyin

Qırmızı.az

“Azərspace2” nə vaxt orbitə çıxarılacaq? - Əli Abbasov açıqladı

""Azərspace1" kommersiya fəaliyyətinə 3 ay gec başlasa da, altı ayda 10 milyon ABŞ dolları əldə etdi.

Bunun da 90-95%-i xarici ölkələrə, ixrac olunan resurslara ödənilib".

Publika.Az-ın verdiyi xəbərə görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əldə olunan gəlirlər Maliyyə Nazirliyinin 7 milyon köməkliyi ilə ABŞ-ın idxal-ixrac bankına olan 17 milyon borcu da ödənilib: “Bu ildən başlayaraq, “Azərspace1” borclarını özü ödəyə biləcək. Gələn ildən isə artıq mədaxil əldə ediləcək”. Nazir həmçinin növbəti peykin orbitə buraxılması istiqamətində işlərə də toxundu: ““Azərspace2” peykinin orbitə buraxılması üçün tender elan edilib. Tender qapalı da olsa, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib. Bu işlər bir neçə aya başa çatdırılacaq, bir neçə ay sonra tenderin qalibi olan şirkətlə müqavilənin bağlanması işlərinə başlayacağıq. Təxminən avqust ayında bu işlər başlanacaq, 30 ay müddətində isə orbitə çıxarılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm