İki avtomobil toqquşdu: sürücü öldü
Bizi izləyin

Qırmızı.az

İki avtomobil toqquşdu: sürücü öldü

Ağstafa rayonu, Poylu kəndində “PAZ” markalı sərnişin avtobusu ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

“VAZ” markalı minik avtomobilinin sürücüsü 1986-cı il təvəllüdlü Qədir Əhməd oğlu Yusifov vəfat edib. O, deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm