Yol polisini döyüb paqonunu cırdılar - Ağcəbədidə
Bizi izləyin

Qırmızı.az

Yol polisini döyüb paqonunu cırdılar - Ağcəbədidə

Ağcabədi rayonunda vətandaş yol polisi ilə əlbəyaxa olub.

Publika.az-ın Ağcabədi rayon polis şöbəsindən aldığı məlumata görə, Ağcabədi rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin inspektoru, polis baş çavuşu Mürsəl Məmmədov yol hərakatı qaydalarını pozmuş şəxsin qəzəbinə tuş gəlib.

Yol hərəkət qaydalarını pozmuş şəxsin avtomobilini cərimə meydançasına aparmaq istəyən polisin üstünə sürücü və qohumu Orxan Abdullayev hücum çəkiblər.

Dava zamanı polisə müxtəlif bədən zərbələri yetirilib həmçinin forma və paqonları cırılıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.

Orxan Abdullayev polis tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm