Qafqaz Universitetində Bilik Fondunun təqdimatı oldu
Bizi izləyin

Qırmızı.az

Qafqaz Universitetində Bilik Fondunun təqdimatı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qafqaz Universitetində təqdimatı keçirilib.
Universitetin rektoru, professor Ahmet Saniç Bilik Fondunun fəaliyyətini yaxından izlədiyini, həyata keçirilən layihələrin cəmiyyətin maariflənməsində faydalı olacağına inandığını vurğulayib.

Görüşdə iştirak edən Qafqaz Universitetinin İctimaiyyətlə Əlaqələr üzrə prorektoru Natiq Paşa Bilik Fondunun yaranmasını Azərbaycan əhalisinin maarifləndirilməsi istiqamətində böyük hadisə kimi dəyərləndirib.
Fondun Aparat rəhbəri Rəfail Həsənov Bilik Fondunun fəaliyyət istiqamətləri, həyata keçirdiyi maarifçilik tədbirləri ilə bağlı iştirakçılara geniş məlumat verib. R.Həsənov Qafqaz Universitetinin müəllim və tələbələrini Bilik Fondu ilə əməkdaşlığa çağırıb.

Təqdimat mərasimində universitetin professor-müəllim heyətinə və tələbələrə Bilik Fondunun həyata keçirdiyi layihələri, məqsəd və vəzifələri haqqında film nümayiş olunub.

Fondun əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm