Qırmızı.az
Ədliyyə Nazirliyi işçi axtarır
Ədliyyə Nazirliyinin yeni nəsil kadrlarla komplektləşdirilməsi məqsədilə cari ilin sentyabr ayının 17-də elan edilmiş növbəti açıq müsabiqə üzrə hazırda ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir. Bu barədə Publika.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilir.
Əlavə məlumatı nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də 538-01-62, 538-08-15 nömrəli telefonlar vasitəsilə almaq olar.
Müsabiqədə iştirak edən hüquqşünasların nəzərinə çatdırılır ki, əvvəlki illərdə olduğu kimi, Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası onlar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına kömək məqsədilə noyabrın 3-dən etibarən Ədliyyə Akademiyasında xüsusi proqram əsasında hazırlıq kursu təşkil edir.
Kursda iştirak etmək istəyən namizədlər Ədliyyə Akademiyasına müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: 493-71-31).
Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcək.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib