DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altına qaldı - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altına qaldı - YENİLƏNİB

Sabunçu rayonu 12-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə, Ramana-Qala qala yolunun kənarında yerləşən yaşayış evinin uçması nəyicəsində evin altında qalan uşaq xilas olunub.

Xoşbəxtlikdən uşağı dağıntıların altından çıxarmaq mümkün olub. Onun vəziyyəti normaldır.

Dağıntı altında bir nəfərin də qaldığı bildirilir. Kimliyi hələ bəlli deyil.

***

12:13

Bu gün saat 11:12 radələrində Bakının Sabunçu rayonu ərazisində dəhşətli hadisə baş verib. Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub.

Hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Hadisə şahidlərinin ANS-ə verdikləri məlumata görə, ağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub.

Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Hələlik azyaşlının sağ olub olmadığı barədə məlumat yoxdur. Hadisə haqqında əlavə məlumat verəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm