Diaspor nümayəndələri Cavidin Ev Muzeyində - FOTO
Bizi izləyin

Qırmızı.az

Diaspor nümayəndələri Cavidin Ev Muzeyində - FOTO

Rusiya Federasiyasında və Ukrayna Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporasının nümayəndələri Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

AMEA-dan Publika.az-a verilən məlumata görə, ziyarətdə Xarkov “Aynur Xatun” Qadınlar Cəmiyyətinin sədri Kifayət Cəfərova, Simferopol “Vətən” konqresi nəzdində fəaliyyət göstərən gənclər və qadınlarla iş üzrə departamentinin sədri Arifə Muxtarova və Stavropol “Odlar yurdu” Cəmiyyətinin Qadınlar Şurasının sədri Bəsti Mütəllimova iştirak ediblər.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonaqlara Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığından məlumat verib.

Ekskursiya zamanı G.Babaxanlı muzeyin ekspozisiyasında nümayiş olunan dəyərli eksponatlarla yanaşı muzeyin nəşrləri haqqında geniş söhbət açıb. O, bildirib ki, son 10 ildə muzeydə 40-dan çox kitab işıq üzü görüb.

G.Babaxanlı qonaqları muzeyin yeni nəşrləri ilə tanış edib və muzeyin əməkdaşları tərəfindən H.Cavid yaradıcılığından fransız dilinə tərcümə edilmiş “Məhəbbətdir ən böyük din” seçmə şeirlər kitabını və “Cavid hikməti-seçmə aforizmlər” kitabını hədiyyə edib.

Sonda qonaqlar muzeyin xatirə dəftərinə ürək sözlərini yazıb və birgə xatirə şəkli çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm