• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

TQDK sədri vətəndaşları qəbul edəcək

TQDK sədri vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə noyabrın 18-də Tərtər şəhərində vətəndaşları qəbul edəcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, qəbulda Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Qəbul saat 12.00-da Tərtər şəhəri, Gənclər Mərkəzində başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan TQDK-nın internet saytına (http://eservices.tqdk.gov.az/SedrinQebulu)

daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya Komissiyanın Ağcabədi regional bölməsinə müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.

Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Tərtər, Yevlax, Ağdaş və Bərdə rayonlarının Təhsil şöbələrinə də noyabrın 17-dək (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR