• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Fikir şənbəsi”ndə Lütfi Zadənin yaradıcılığı müzakirə edilib

“Fikir şənbəsi”ndə  Lütfi Zadənin yaradıcılığı müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunda növbəti görüş keçirilib.

Bilik Fondunun informasiya təminatı sektorundan Publika.az-a verilən məlumata görə, dünya şöhrətli alim Lütfi Zadəyə həsr edilən tədbirin qonağı Azərbaycan Texniki Universitetinin dosenti Şahnaz Şahbazova olub. Lütfi Zadənin sevimli tələbələrindən olan Şahnaz xanım alimin həyat və yaradıcılığından, banisi olduğu qeyri-səlis məntiq nəzəriyyəsindən geniş söhbət açıb.

Ş.Şahbazova bildirib ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan böyük alimin kəşfləri 20 ilə yaxın müddətdə Amerika elmi cəmiyyəti tərəfindən qəbul olunmayıb. Lütfi Zadənin savadı, məntiqi, iradəsi və işgüzarlığı sayəsində bu gün dünya Lütfi Zadənin nəzəri müddəalarını nəinki qəbul edir, onların tətbiqi böyük nəticələr verir.

Şahnaz xanım Lütfi Zadənin hər yerdə fəxrlə “azərbaycanlıyam” deməsini xüsusi vurğulayıb. Bildirib ki, Lütfi Zadənin dünyada azərbaycanlı alim kimi tanınması bütün soydaşlarımız üçün qürurvericidir.

“Fikir şənbəsi” klubunun iştirakçıları müzakirələrdə Lütfi Zadənin əsərlərinin ana dilimizə tərcüməsi, onun elmi nailiyyətlərinin geniş təbliği, böyük alimlə distant görüşlərin keçirilməsi ilə bağlı arzularını səsləndiriblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR