Necati Şaşmaz qəzaya uğradı
Bizi izləyin

Qırmızı.az

Necati Şaşmaz qəzaya uğradı

"Kurtlar Vadisi" serialında Polad Ələmdar obrazını canlandıran Necati Şaşmaz qəzaya uğrayıb.

Publika.az-ın məlumatına görə, qəza nəticəsində aktyorun çənəsi sınıb. Məlumata görə, hadisə "Kurtlar Vadisi"nin növbəti serialının çəkilişi zamanı baş verib. Gecə saatlarında baş verən qəzada aktyor çənə sümüyünün qırığı diaqnozu ilə Göztepedəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə ilə bağlı Pana Film rəsmi açıqlama yayıb.

Açqılamada deyilir ki, ötən gecə Türkiyə vaxtı ilə saat 02:00 radələrində "Kurtlar Vadisi Pusu"nun 236-cı serialının çəkilişi zamanı Necati Şaşmaz istifadə etdiyi avtomobili yol kənarındakı istinad divarına çırpıb. Avtomobilin hava yastığı açlaraq Şaşmazın çənəsini sındırıb.

Onun əməliyyat olunduğu və səhhətinin normal olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm