Magistratura və doktoranturaya qəbul elan edildi
Bizi izləyin

Qırmızı.az

Magistratura və doktoranturaya qəbul elan edildi

Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir. Bu barədə Publika.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunan ali təhsil müəssisəsi tərəfindən bir və yaxud iki illik Dövlət siyasəti, Makroiqtisadi siyasət, Dövlət maliyyəsi, İqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, beş illik GRİPS Qlobal idarəetmə və Siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və üç illik doktorantura proqramları təklif edilir. Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur.

Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər noyabrın 14-dək müraciət (http://www.grips.ac.jp/en/admissions/apply/) edə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm