Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI
Bizi izləyin

Qırmızı.az

Yol polisindən sürücülərə hava XƏBƏRDARLIĞI

Çiskinli və yağışlı hava şəraiti ilə əlaqədar Yol Polisi sürücülərə müraciət edib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Publika.az-a bildirib ki, hava şəraiti ilə əlaqədar sürücülər avtomobilin surətini meteoroloji şəraitə uyğun seçməlidirlər.

Yağışlı hava şəraiti avtomobilin asfalt yol üzərində sürüşməsinə, əyləc basıldığı zaman istər-istəməz avtomobilin müvazinətinin itirilməsinə və tormoz məsafəsinin uzanmasına səbəb olduğundan K. Əliyev sürücülərə tərkibində rezin məmulatının faizi yüksək olan mövsümi təkərlərdən istifadə etməyi məsləhət görüb.

O həmçinin qeyd edib ki, belə hava şəraitində sürücülər avtomobilin texniki cəhətdən saz olmasına, xüsusilə şüşəsilənin işlənməsinə, işıq cihazlarından düzgün istifadə olunmasına xüsusi diqqət yetirməlidirlər.

O, hava şəraiti ilə əlaqədar respublikanın magistral yollarının açıq olduğunu, avtomobillərin hərəkətində hər hansı məhdudiyyət olmadığını qeyd edib.

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm