Sabah 8 dərəcə şaxta olacaq (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Sabah 8 dərəcə şaxta olacaq (YENİLƏNİB)

Azərbaycanda yağıntılı, çiskinli, şaxtalı hava şəraiti bir neçə gün davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, yağıntılı olacağı gözlənilir. Bəzi rayonlarda yağıntının intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı proqnozlaşdırılır.

Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-9 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlara sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Noyabrın 5-dən ölkə ərazisində hava şəraiti mülayimləşməyə başlayacaq. Qeyd edək ki, noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, temperatur 12 dərəcəyə kimi enib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm