Azərbaycanlı alimlər ixtiralarını nümayiş etdirəcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı alimlər ixtiralarını nümayiş etdirəcək

Azərbaycanlı alimlər ixtiralarına dair eksponatları nümayiş etdirəcək. Publika.az-ın məlumatına görə, nümayiş noyabrın 10-11-də keçiriləcək Bakı Elm Festivalı çərçivəsində baş tutacaq.

Festivalın rəhbəri, AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva bildirib ki, festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda maraqlı mühazirələr, əyləncəli elmi şoular və muzeylərə ekskursiyalar nəzərdə tutulur.

Festival və konsert proqramları eyni zamanda paytaxtın müxtəlif yerlərində, o cümlədən “Akademiya şəhərciyi”nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək. Həmçinin, 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlər hər kəs üçün açıq olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm