Bakı tıxacın məngənəsində qaldı
Bizi izləyin

Qırmızı.az

Bakı tıxacın məngənəsində qaldı

Hal-hazırda Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Atatürk prospektindən Ayna Sultanova istiqamətində, Həsənoğlu küçəsindən 5 nömrəli xəstəxana istiqamətində yollarda tıxac var.

Akademik Həsən Əliyev küçəsindən “Gənclik” tuneli istiqamətində, Eldar Babayev küçəsində və “Yeganə” şadlıq sarayının qarşısında avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bundan əlavə, Avtovağzalın qarşısında, Bakı-Sumqayıt şosesində və Binəqədi şosesində tıxac var.

Mərkəzdən həmçinin onu da bildirdilər ki, hazırda yarışla bağlı bağlanan yollar açılıb. Sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm