Aşura ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Qırmızı.az

Aşura ilə əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq

Bakıda Aşura günü bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, Aşura günü ilə bağlı məscidlərə gələn insanların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi zəruri tədbirlər həyata keçiriləcək:

“Bunun üçün Bakı şəhərində yerləşən məcsidlərə gələn yollarda nəzarət artırılacaq. Lazım gələrsə, sözügedən istiqamətlərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Tədbirlər başa çatdıqdan sonra məscidlərin yerləşdiyi ərazi boyu hərəkət tam bərpa ediləcək”.

Bakı yol polisi avtomobil sahiblərinin və sürücülərin nəzərinə çatdırır ki, məscidlər boyu hərəkət edənlərin, ümumiyyətlə, bütün tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, yol hərəkətində rahat, fasiləsiz və təhlükəsiz hərəkətin təşkil edilməsi məqsəsilə bu istiqamətlərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsin.

V.Əsədov qeyd edib ki, məscid və ziyarətgahlarda keçiriləcək tədbirlərə qatılmaq istəyənlərə ictimai nəqliyyat vasitələrinin köməyi ilə hərəkət etmək tövsiyə edilir:

Qeyd edək ki, bu il Aşura günü noyabrın 4-nə təsadüf edir.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm