İstilik mövsümü başlandı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

İstilik mövsümü başlandı - AÇIQLAMA

“Son günlər havaların soyuq keçməsi ilə əlaqədar "Azəristiliktəchizat" ASC gücləndirilmiş iş rejiminə keçib. Artıq noyabrın 3-dən sosial əhəmiyyətli obyektlərə istiliyin verilməsinə başlanıb”.

Bu barədə Publika.az-a “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Məlumatda bildirilir ki, dağlıq rayonlarda noyabr ayının 1-dən bu prosesə başlanılsa da, paytaxtda bu gündən istiliyin verilməsilə bağlı qərar verilib:

“Bu gündən sosial əhəmiyyətindən asılı olaraq istiliyin verilməsinə mərhələli şəkildə başlanılıb. İlk öncə internat məktəbləri, doğum evləri, uşaq bağçaları, qocalar evləri, xəstəxanalara istilik verilir. Proses, yəqin ki, noyabrın 15-nə kimi çəkəcək. Havalar belə davam eləsə, paytaxtda olan bütün yaşayış binalarının hamısı sistemə qoşulacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm