Elektron dərslik portalına 20 dərslik yerləşdiriləcək
Bizi izləyin

Qırmızı.az

Elektron dərslik portalına 20 dərslik yerləşdiriləcək

Bu günə qədər yeni www.e-derslik.edu.az elektron dərslik portalından istifadə edənlərin ümumi sayı 3745 nəfər, o cümlədən Bakı şəhəri üzrə 2000 nəfər, Sumqayıt şəhəri üzrə 265 nəfər, Gəncə şəhəri üzrə 97 nəfər təşkil edir.

Qeyd edək ki, portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.

Şagirdlər daha çox Azərbaycan dili (746 nəfər), riyaziyyat (646), biologiya (597) və ingilis dili (521) elektron dərsliklərindən istifadə olunub.

Hələlik yalnız Azərbaycan bölməsi üzrə 6-cı sinif elektron dərsliklər portala yerləşdirilib. Cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərsliyin portalda yerləşdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, portal Təhsil Nazirliyi tərəfindən hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm