Qırmızı.az
Astarada möhtəşəm bulvar – FOTOLAR
Astara şəhərində, Xəzər dənizinin sahilində möhtəşəm layihə həyata keçirilir.
Publika.az xəbər verir ki, Astarada gözəlliyinə görə Bakı bulvarı ilə rəqabət apara biləcək park-bulvar salınır. Park-bulvarın tikintisinə 2014-cü ilin aprel ayında başlanılıb. 8 hektar bataqlıq sahədə salınan park-bulvarın tikintisi üçün 250 min kub metrə yaxın torpaq daşınıb, sahilboyu 650 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir beton konstruksiya ilə betonlanıb. Bulvarda 7000 kv metr travertin materialı düzülüb, sahil boyu paslanmayan borudan 600 metr məhəccər qurulub, müasir işıqlandırılma sistemi quraşdırılıb. 150-dən çox xançinar, dəmir ağac, palıd və müxtəlif növ dekorativ ağaclar əkilib, suvarma sistemi qurulub və 600 kv metrlik fəvvarə tikilib. Hazırda 2 ədəd şəlalənin tikintisi, uşaqların əylənməsi üçün müxtəlif attraksionların quraşdırılması işləri aparılır.
Bulvar ərazisində 1550 m2 ölçüdə əyləncə mərkəzinin, çay evi və kafenin, çimərlik futbolu, çimərlik voleybolu və açıq fitnes meydançalarının yaradılması nəzərdə tutulub.
Bundan əlavə, rayona gələn turistlərin və qonaqların istirahətini təmin etmək üçün bulvara yaxın ərazidə olan mövcud bina yenidən qurularaq 3 mərtəbəli hotel inşa edilib. Eyni zamanda hotelin yaxınlığında 12 ədəd 2 mərtəbəli kottec də tikilir.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO