Azad Rəhimov Lənkəranda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov Lənkəranda qəbul keçirəcək

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyindən Publika.az-a verilən məlumata görə, qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Lənkəran şəh, Şirəli Axundov küçəsi, İcra Hakimiyyətinin yanı) başlayacaq. Qəbul üçün vətəndaşların qeydiyyatı noyabrın 6-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm