• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qənirə Paşayevaya İsmail Bəy Qaspirallı İnsan Haqları mükafatı verilib

Qənirə Paşayevaya İsmail Bəy Qaspirallı İnsan Haqları mükafatı verilib

Türkiyənin Bartın bölgəsində YUNESKO, Bartın Valiliyi, Bartın Universiteti, Türkçe Konuşan Ülkeler Uluslararası Gazeteciler Derneği tərəfindən təşkil edilmiş tədbirdə Türk dövlətlərindən və toplumlarından çoxlu sayda dövlət adamları, millət vəkilləri, siyasətçilər, QHT-ləri, mətbuat və mediya qurumları, alimlər iştirak ediblər.

Türk dünyasından tanınmış siyasətçilərin və media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində ŞKTC-nin prezidentinin danışmanı, tanınmış ziyalı, yazar və jurnalist Ata Atun bildirib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklər və türk xalqlarına əlindən gələn dəstəyi göstərir və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bğlgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti bu mükafatın ona verilməsi haqqında qərar qəbul edib. Millət vəkili Qənirə Paşayeva ilə bərabər bu mükafata daha 4 nəfər layiq görülüb. Kırım Türklərinin lideri Musfata Abdülcemil Kırımoğlu, Kırım Tatar Milli Məclisi Başqanı Refat Çubarov, Irak Türkmen Cəphesi Lideri ve Kərkük millət vəkili Erşat Salihi, Suriya Türkmən Məclisi Başqanı Abdurrahman Mustafa. İsmail Gaspıralı Gazetecilik ve İnsan Hakları Özəl Ödülü isə Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanı Dr.Derviş Eroğluna verilib. Mərasimə tanınmış modelyer Gülnarə Xəlilovanın hazırladığı göy-mavi rəngli Azərbaycan milli geyimi ilə qatılan millət vəkili Qənirə Paşayeva “dildə, fikirdə, işdə birlik” deyərək bu gün də bütün türk dünyasını birlik və bərabərıliyə səsləyən İsmail Bəy Qaspirallı İnsan haqları mükafatını aldığı üçün çox duyğulandığını və bu mükafatın onun üçün çox böyük mənəvi önəm daşıdığını vurğulayıb.

“Mən bu mükafatı bu gün mənim burada ola bilməm üçün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü üçün canından keçən şəhidlərimiz, fədakarca çalışan böyük dövlət adamlarımiz və aydınlar adına, gözəl ölkəm Azərbaycan və gözəl insanlarımız azərbaycanlılar adına, Ermənistanın işğalı zamanı şəhid olan dostlarım, bütün şəhidlərimiz, qazilərimiz, Ermənistanın işğalı nəticəsində 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən və haqları tapdalanmaqda davam edən bütün qaçqın və köçkünlərimiz adına alıram və Allahdan mənə bu cür şərəfli mükafata bütün ömrüm boyu layiq ola bilməyi nəsib etməsini diləyirəm ” Mükafatı aldığı zamanı çıxışında Qənirə Paşayeva Türk dövlət və toplumlarından gəlmiş qardaş-bacılarımız, aydınlara, ictimai-siyasi xadimlərə səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə bir bizi-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlıərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayev bu gün Azərbaycan-Türkiyə arasındakı münasibətlərin dünyada analoqu olmayan münasibətlərdən olduğunu və bu cür əməkdaşlıqdan hər iki dövlətimizin gücləndiyini deyib və bunun bir örnək olduğunu da bildirib.

Çıxışında Azərbaycanın ən böyük problemi olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından danışan Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. “Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.İnşallah, gələn dəfə birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda, Laçında və digər o cənnət bölgələrimizdə görüşərik”, – deyən millət vəkili çıxışının sonunda tədbirin təşkilatçılarına Azərbaycan mədəniyyəti, tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, hədiyyələr təqdim edib. Tədbirin təşkilatçılarından tanınmış jurnalist və yazar Güngör Yavuz Arslana isə tanınmış modelyer Gülnarə Xəlilova tərəfindən hazırlanmış Azərbaycan kişi milli geyimi hədiyyə olunub. Qeyd edək ki, tədbirdə Türk dünyasının hər tərəfindən bir sıra mediya qurumları o cümlədən AZTV, Azərbaycan Yazıçılar Birliyi və qurumun mətbuat katibi, şair-jurnalist Xəyal Rza da müxtəif mükafatlara layiq görülüblər. Millət vəkili mükafat almaqla bərabər bir sıra nüfuqlu media qurum və tanınmış jurnalistlərə də layiq olduğu mükafatı təqdim edərək jurnalistlər mənim məsləkdaşlarımdır və mən onlara bu çətin amma şərəfli peşə və işlərində uğurlar arzulayıram deyib

Xəbər lenti

DAHA ÇOX XƏBƏR