""İKT ili" ölkəyə "Sənaye ili"ndən daha çox fayda verib"
Bizi izləyin

Qırmızı.az

""İKT ili" ölkəyə "Sənaye ili"ndən daha çox fayda verib"

“Dünyada informasiya kommunikasiya ölkələri inkişaf edir, Azərbaycan da bu qloballaşmada istisna deyil. Araşdırmalar göstərir ki, "İKT ili" ölkəyə sənaye ilindən daha çox fayda verib. Azərbaycanda da ötən ilin "İKT ili" elan olunması bir sıra sahələrin inkişafına əhəmiyyətli təsir göstərdi. Bu gün ölkədə həyata keçirilən İKT naliyyətlərində ölkə prezidenti cənab İlham Əliyevin bu sahəyə verdiyi dəstək önəmli rol oynayır”.

Bu sözləri Mikayıl Cabbarov "2013 informasiya və kommunikasiya texnologiyaları ili” və ilk telekommunikasiya peykinin orbitə buraxılmasının bir ilinə həsr edilmiş tədbirdə deyib. Onun sözlərinə görə, “Azərbaycan 2020” gələcəyə baxış konsepsiyası yalnız rabitə və kommunikasiya yox, təhsil sisteminin də kökündən dəyişdirilməsinə gətirib çıxaracaq:

“Təhsilin inkişafı dövlət dəstəyi starategiyasında ömürboyu təhsil, məktəblərdə İKT əsaslı təhsil imkanları, müasir rəqəmsal texnologiyalı ağıllı lövhələrlə təmin edilməsini hədəfləyib. Ötən 10 il müddətində təhsilin informasiyalaşdırılması istiqamətində də addımlar atılıb. Artıq hər 18 şagirdə bir kompüter düşür. Məktəblərin 18 faizi internet şəbəkəsinə qoşulub. Bundan başqa, müasir müəllimin İKT bilikləri onun fənn biliklərindən geri qalmır. Ötən il müəllimlərin 64 faizi İKT təlimlərindən keçib. Bu məsələ hər zaman diqqət mərkəzində olacaq.

Həmçinin, 2013-cü ildə məktəblərə 3700-dən artıq noutbuk verilib. Artıq 1695 təhsil müəssiəsində internetə çıxış təmin edilib. Bir sözlə, genişzolaqlı internetin formalaşması məktəblərdə də bir sıra problemlərin həllinə təsir edib. İnformasiya kommunikasiya texnoilogiyaların inkişafı təhsil sahəsində də həyati əhəmiyyətə malik təsir göstərir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm