• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qənirə Paşayeva Sakarya valisi ilə Dağlıq Qarabağ və Xocalı Soyqırımından danışıb

Qənirə Paşayeva Sakarya valisi ilə Dağlıq Qarabağ və Xocalı Soyqırımından danışıb

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakaryaya səfəri zamanı Sakarya valisi Hüseyn Avni Coşla görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri də iştirak ediblər.

Görüş zamanı Türkiyə-Azərbaycan əlaqələrinin tarixi köklərə bağlılığını deyən millət vəkili bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını dilə gətirib. “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ümumilli Lider Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb. “Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb. Və onlar hələ də öz torpaqlarının həsrəti ilə yaşayır. Xocalıda dəhşətli soyqırım həyata keçiriblər. Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqları Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik ”.

Millət vəkili Qənirə Paşayeva Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və geniş çəlumatlar verib. Valiyə kitab barədə məlumat verən millət vəkili bildirib ki, kitabda Xocalıda soyqrıma məruz qalan insanların yaşadıqları ağrı-acılar onların öz dillərindən təqdim olunub. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycanla Sakarya arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib: "Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sakaryanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir.”

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində Sakaryanın da yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahiblənmək duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Sakarya valisi Hüseyn Avni Coşu ölkəmizə dəvət edib. Sakarya valisi Hüseyn Avni Coş da öz növbəsində millət vəkili Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Sakarya Universitetində təhsil alan azərbaycanlıları birləşdirən Öyrənci Topluluğunun rəhbəri Alik Bağırov, Türkiyədə təhsil alan azərbaycanlı gəncləri birləşdirən AzeDer təşkilatının nümayəndələri ilə görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”. Sakarya valisi noyabrın ortasında böyük bir qrupla Azərbaycana səfər edəcəyini və bundan böyük sevinc duyduğunu deyərək bu ziyarətin əməkdaşlığın inkişafına da özünün töhvəsini verəcəyinə inandığını deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları ,matreialları ,rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib.

Qarabağın Azərbaycan musiqisində oynadığı böyük rol və yerdən danışan millət vəkili Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ xanəndələri” musiqi albomu kataloqunu da təqdim edib. Nümayəndə heyəti üzvləri Nəcibə Nəsibova və AzeDer təşkilatının rəsmiləri də hədiyyələrini bələdiyyə başqanına təqdim ediblər. Sakarya valisi də millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Sakarya ilə bağlı materiallar, kitablar hədiyyə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR