• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Zakir Qaralov Salyanda qəbul keçirəcək

Zakir Qaralov Salyanda qəbul keçirəcək

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il noyabrın 14-də saat 11:00-da Salyan rayon prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Salyan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR