• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Goranboy qatilinin ailəsində dəhşətli faciə...

Goranboy qatilinin ailəsində dəhşətli faciə...

Goranboy rayonunda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Safurkürd kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Afiq müzəffər oğlu Hüseynov özünü asaraq ölüb. Oğlunun intiharına dözə bilməyən ata - Müzəffər Hüseynov da dünyasını dəyişib. Onun ürəyi dayanıb.

Qeyd edək ki, intihar edən Afiq Hüseynovun qardaşı Rafiq Hüseynov bu ilin oktyabrın 1-də bir ailənin 7 üzvünü qətlə yetirib. Qətlə yetirilən şəxslər 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovdur.

Yaralılar isə 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədovadır. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Cinayət işi üzrə istintaqı aparan müstəntiq Elnur Rüstəmov Teleqraf.com-a bildirib ki, Afiq Hüseynov oktyabrın 1-də bir ailənin 8 üzvünü qətlə yetirən şəxsin qardaşıdır.

Onun sözlərinə görə, Afiq Hüseynovun intihar etdiyini görən atası Müzəffərin ürəyi dayanıb: “Bu intihar hadisəsinin qətl hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Hazırda iş üzrə istintaq hərəkətləri aparılır”.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR