Fotomüsabiqənin nəticələri açıqlandı
Bizi izləyin

Qırmızı.az

Fotomüsabiqənin nəticələri açıqlandı

Azərbaycan Fotoqraflar Birliyinin təşkil etdiyi “Ailə” adlı fotomüsabiqənin nəticələri açıqlanıb. Publika.az-ın məlumatına görə, fotomüsabiqə Xətai Sənət Mərkəzi və Azərbaycan Fotoqraflar Birliyininin birgə layihəsidir.

Müsabiqədə 13 fotoqrafın işi iştirak edib. Münsiflər heyətinin – Ramiz Tarverdiyev, Fərid Məmmədov və Rauf Umudovun iştirakçılığı ilə seçilən fotoların qalibləri təyin olunub. İradə Qədirova 1-ci yerə layiq görülərkən, digər yerləri isə Ruslan Məmmədov və Fərqanə Qasımlı paylaşdı. Qaliblər diplomla təltif olunublar.

Daha sonra Özbəkistanda Foto Festivalda iştirak edib yer tutmuş fotoqrafların fotolarından ibarət təqdimat olub. Qeyd edək ki, yer tutan fotoqraflar İlqar Cəfərov, Arzu Mürvətova və Zemfira Mahmudova idi. Toplantıda həmçinin “IRSPublishingHouse” nəşriyyatı, “İRS” beynəlxalq jurnalının redaksiya heyəti və Azərbaycan Fotoqraflar Birliyinin birgə layihəsi olan “Mənim Bakım” foto müsabiqəsi haqqında da danışılıb.

Müsabiqə 2015-ci ilin yayında Bakıda keçirilməsi nəzərdə tutulan Avropa oyunlarına həsr olunub. Müsabiqədə münsiflər heyətinin seçdiyi ən yaxşı işlər “İRS Publishing House” nəşriyyatı tərəfindən hazırlanan “Bakı Simfoniyası” fotoalbomunda dərc ediləcək və bu müsabiqənin nəticələri aylıq foto müsabiqə kimi dekabr ayının 10-da təşkil olunacaq toplantıda elan olunacaq. Daha sonra birliyin sədri Mirnaib Həsənoğlu “Photo-school.eu” online məktəbi haqqında ətraflı məlumat verib. Eyni zamanda Rauf Umudov “İlin Fotoqrafı-2014” mükafatlandırma tədbiri haqqında danışıb. Belə ki, tədbir üzrə nominasiyalar, tədbirin təşkili və digər işlər haqqında geniş məlumat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm