Rəşid Mahmudov: “Artistin kişisi də, qadını da...”
Bizi izləyin

Qırmızı.az

Rəşid Mahmudov: “Artistin kişisi də, qadını da...”

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış tibb elmləri namizədi Rəşid Mahmudov müğənnilər Təranə Qumralla həmkarı Nazəninin arasında yaşanan qalmaqalın efirdə yayımlanmasına görə telekanalları qınayıb.

R.Mahmudov Publika.az-a açıqlamasında müğənnilər arasında baş verən qalmaqalı biabırçılıq hesab edib.

Onun sözlərinə görə, bu cür halları efirdə yayımlamaq doğru deyil:

“Mən efirdə artistlərlə mübahisə edəndə xalqım mənə deyir ki, axı sən nə üçün onlara baş qoşursan. Artist mütrif deməkdir. Yəni, artistin kişisi də, arvadı da pis yola gedən deməkdir. Mən onlara baş qoşmaq istəmirəm. Gərək onları televiziyada da göstərməsinlər. Çünki onlar bizim xalqın milli mentalitetinə uyğun olmayan adamlardır. Mən onlar haqqında fikir də söyləmək istəmirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm