Yağış cənub bölgəsində sürüşmə sahələrini aktivləşdirib
Bizi izləyin

Qırmızı.az

Yağış cənub bölgəsində sürüşmə sahələrini aktivləşdirib

Son günlər ölkə ərazisində yağan yağış cənub bölgəsindəki sürüşmə sahələrində aktivləşməyə səbəb olub.

Bunu Publika.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

“Hazırda Lerikdə magistral avtomobil yollarında müşahidələrimiz davam edir. Yol kənarlarındakı bütün sürüşmə və uçqun sahələrində aktivləşmə müşahidə edilir. Lənkəran-Lerik avtomobil yolunda irimiqyasli sürüşmə sahələri var. Yolun 17, 45, 46-ci kilometlərində uçqun və sürüşmə sahələrində aktivləşmələr müşahdə edilir. Ölkənin şimal bölgəsi və Abşeron yarımadasında sürüşmə sahələrinin aktivləşməsi ilə bağlı müşahidələrimiz davam etdirilir”.

Onun sözlərinə görə, xüsusən də Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrlərində sürüşmə yol infrasturukturuna müəyyən ziyan vurub. Problemin aradan qaldırılması üçün müvafiq qurumlar ərazidə iş aparır.

S.Əmiraslanov onu da vurğulayıb ki, cənub bölgəsində dəniz səviyyəsində 1000 metrdən yüksək olan ərazilərə qarın yağması nəticəsində yeni lokal sürüşmə sahələri əmələ gəlib. Son yağıntılarla əlaqədar yeni sürüşmə sahələri, əsasən, ölkənin cənub bölgəsində yaranıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm