“Goranboy qatili”nin qardaşı və atasının ölümünün ŞOK TƏFƏRRÜATI
Bizi izləyin

Qırmızı.az

“Goranboy qatili”nin qardaşı və atasının ölümünün ŞOK TƏFƏRRÜATI

Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakininin qardaşı və atasının meyiti yaxınlarına təhfil verilib.

Bu barədə cinayət işi üzrə istintaqı aparan müstəntiq Elnur Rüstəmov Publika.az-a bildirib.

O vurğulayıb ki, hər iki ölən şəxsin meyiti müayinə olunub və onların heç birində zorakılıq əlaməti aşkar edilməyib. Müayinə zamanı, özünü kəndir ilə yaşadığı evin tavanından asan 1984-cü il təvəllüdlü Afiq Hüseynovun cibindən məktub aşkar olunub. Məktubda A.Hüseynov məlum hadisələrə dözə bilməyərək intihar etdiyini qeyd edib.

Elnur Rüstəmov həmçinin deyib ki, məlum hadisələrdən sonra oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Rafiq Hüseynovun ailəsi təhlükəsizlik məqsədi ilə rayonun digər kəndinə köçürülüb. Amma onun qardaşı A.Hüseynov gizli şəkildə evlərinə gedərək orada intihar edib. Atası da oğlunun yoxa çıxdığını görüb və onun evlərində olduğundan şübhələnrək ora gedib.

Qeyd edək ki, bir ay əvvəl Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsin ailəsində faciə baş verib. Yeddi nəfəri qətlə yetirən Rafiq Hüseynovun qardaşı, 1984-cü il təvəllüdlü Afiq Hüseynov bir neçə saat bundan əvvəl özünü asaraq intihar edib. Bunu görən A. Hüseynovun atası Müzəffər Hüseynov infarkt keçirərək vəfat edib.

Xatırladaq ki, Rafiq Hüseynov bu ilin oktyabrın 1-də 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədovu qumbara ilə partladaq qətlə yetirib.

Yaralılar - 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm