"Məzarlıqlar haqqında qanun layihəsi" qəbul ediləcək
Bizi izləyin

Qırmızı.az

"Məzarlıqlar haqqında qanun layihəsi" qəbul ediləcək

"Yaxın vaxtlarda Azərbaycanda "Məzarlıqlar haqqında qanun layihəsi" qəbul ediləcək".

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, hazırda qanun layihəsinin hazırlanması üzərində müvafiq iş aparılır və layihə tam hazır olduqdan sonra onun ya Milli Məclis, yaxud da Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, yas mərasimləri ilə bağlı israfçılığa qarşı təbliğata başlayan rəsmi qurumların daha sonra qəbir yerləri ilə bağlı qərar verəcəyi gözlənilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm