Coğrafiyaçılarımızın ekspedisiya işlərini Rusiya maliyyələşdirəcək
Bizi izləyin

Qırmızı.az

Coğrafiyaçılarımızın ekspedisiya işlərini Rusiya maliyyələşdirəcək

Moskvada Azərbaycan Coğrafiya Cəmiyyəti (ACC) ilə Rusiya Coğrafiya Cəmiyyəti (RCC) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AMEA-dan Publika.az-a verilən məlumata görə, müqaviləni Azərbaycan tərəfindən ACC-nin prezidenti akademik Ramiz Məmmədov, RCC tərəfindən onun prezidenti S.Q.Şoyqu imzalayıblar.

Həmin müqavilə bu iki cəmiyyət arasında birgə tədqiqatlar və ekspedisiya işləri aparmağa, beynəlxalq görüşlər və konfranslar keçirməyə imkan verəcək. Bu işlərin maliyyələşməsi əsasən RCC-nin qəyyumlar şurasının yaradtdığı fond vasitəsi ilə təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm