Yeni təmir olunan yol yağışdan sonra - FOTO
Bizi izləyin

Qırmızı.az

Yeni təmir olunan yol yağışdan sonra - FOTO

Sabunçu rayonunun Maştağa qəsəbəsində yağış hərəkəti iflic edib.

Axar.az-ın əməkdaşı xəbər verir ki, əsas küçədən maşınlar və piyadalar, demək olar ki, istifadə edə bilmir. Hətta sürücülərdən biri suyu keçə bilmədiyindən maşını yolun ortasında saxlayaraq gedib.

Qəsəbənin əsas küçələrində kanalizasiya xətlərinin işləməməsi yağıntı sularının yolda və həyətlərdə toplanmasına səbəb olub. Əsas küçədə hərəkət iflic olduğundan maşınlar ara yollarla hərəkət etməyə məcbur olub. Dalanların dar olması da həmin yollarda tıxac yaradıb.

Qeyd edək ki, Maştağadakı əsas yol və ətraf küçələr 2013-cü ilin yayında əsaslı təmir edilərək kanalizasiya xətləri yenilənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm