Sabahdan hava mülayimləşir
Bizi izləyin

Qırmızı.az

Sabahdan hava mülayimləşir

Sabahdan hava mülayimləşir

Sabahdan Bakıda şaxtalı havaları mülayim iqlim əvəz edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava gündüz əsasən, yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm