• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şeyx qan verdi– FOTOLAR (YENİLƏNİB)

Şeyx qan verdi– FOTOLAR (YENİLƏNİB)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Təzəpir məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.

Publika.az-ın əməkdaşının məlumatına görə, ilk dəfədir ki, QMİ və Dini Komitənin sədri birlikdə qanvermə aksiyasında iştirak edir.

Həmçinin QMİ rəhbərliyi və əməkdaşları, millət vəkili Siyavuş Novruzov, Cavanşir Paşazadə də aksiyada iştirak edib.

Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verib. O, alsiyanın təşkilində razı qaldığını bildirib.

“Qan çıxartmaq istəyənlər bu aksiyada iştirak etsin. Bu, həm də savab əməldir. Çünki toplanan qan ehtiyacı olan insanlara veriləcək. Yalnız dindarları deyil, sadə vətəndaşları da bu aksiyada iştirak etməyə səsləyirəm”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü qanvermə aksiyasının keçirilməsinin ilk dəfə Azərbaycanda tətbiq edildiyini, başqa ölkələrin də bizdən nümunə götürdüyünü deyib.

M.Qurbanlı da qan vermənin savab iş olduğunu bildirib və hər kəsi bu aksiyada iştiraka çağırıb.

12:34

Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Həmin vaxtda da dünyanın bir çox müsəlman ölkələrində bu gün İmam Hüseyn və onun tərəfdarları yad edilir. Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyası keçirilir. Bu il qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidi, “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Səbail rayonu Bibi-Heybət məscidi, İçərişəhər cümə məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidlərində təşkil edilib.

Publika.az-ın Təzəpir məscidində olan əməkdaşının verdiyi xəbərə görə, qanvermə aksiyası saat 7-dən başlayıb. Bu saata qədər Təzəpirdə 240-a qədər insan qan verib.

Onlar qan verməzdən öncə ilkin müayinədən keçirilir, müvafiq analizlər götürülür. Ümumilikdə bir nəfərdən 200 ml qan götürülür.

Publika.az Təzəpir məscidində keçirilən mərasimdən fotoları təqdim edir:

Gülnar Əliyeva

FOTO Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR