• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məhkəmələr işçi axtarır

Məhkəmələr işçi axtarır

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 2014-cü il 4 noyabr tarixdən 13 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 46 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə, 4 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 6 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.

Müsabiqə üçün sənəd qəbulu dekabrın 3-dək, ümumi müsahibə üçün noyabrın 24-dək davam edəcək.

Müsabiqəyə çıxarılmış vakant vəzifələr Maliyyə, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Sumqayıt, Şəki Apellyasiya məhkəmələri, Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı şəhər Xəzər Rayon Məhkəməsi, Göygöl, Şamaxı, Tovuz və Zaqatala rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılmış vakant vəzifələr isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Sumqayıt Apellyasiya Məhkəməsi və Bakı şəhər Xəzər Rayon Məhkəməsindədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR