Havadan xoş xəbər
Bizi izləyin

Qırmızı.az

Havadan xoş xəbər

Azərbaycanda noyabrın 1-dən müşahidə edilən kəskin soyuq hava şəraiti sabahdan başlayaraq mülayimləşəcək, temperatur nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, sabah gündüzdən başlayaraq Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Lakin sabah bəzi şərq rayonlarında yağış ehtimalı var.

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında yağıntının tədricən kəsiləcəyi, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm