Ana ölümünün ilkin səbəbi açıqlandı - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Ana ölümünün ilkin səbəbi açıqlandı - RƏSMİ

Ötən gün Quba Regional Perinatal Mərkəzində ana ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Publika.az-a açıqlamasında Qusar rayonundan olan 1978-ci il təvəllüdlü Zərnişan Aslanovanın doğuşdan sonra dünyasını dəyişdiyini deyib.

“Öümün səbəbini müəyyən etmək üçün məhkəmə tibb ekspertizası keçiriləcək. Ananın ölümünün ilkin səbəbi kimi doğuşdan sonra uşaqlığın atonik qanaxması göstərilir. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyası tərəfindən aparılan araşdırmadan sonra ölüm səbəbi bəlli olacaq. Uşağın vəziyyəti normaldır”.

Qeyd edək ki, Z.Aslanovanın səhhəti doğuşdan sonra pisləşib, onun üzərində əməliyyat aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm